Abşeron tribunasının “B” sektorunun biletləri tamamilə satılıb

Paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq 2023 Formula 1 Azərbaycan Qran Prisi tribunalarından olan Abşeron tribunasının “B” sektorunun bütün biletləri satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata əsasən, ölkəmizdə yeddinci dəfə keçiriləcək Formula 1 yarışı həm yerli, həm də xarici vətəndaşların marağını cəlb edir.

BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev son zamanlar biletlərin satışında müşahidə olunan ciddi artımı tamaşaçıların Bakı yarışına göstərdiyi böyük maraq ilə əlaqələndirib: “Bu il yarışa beynəlxalq səviyyədə daha böyük maraq müşahidə edirik. Yarışı izləmək istəyən xarici azarkeşlərin sayında ən yüksək artım da bu ilə təsadüf edir. Məhz buna görə də hazırkı mərhələdə satış göstəriciləri ötən illərlə müqayisədə artıq rekord həddə çatıb. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının ən sürətli şəhər yarışlarından biri olması ilə yanaşı ilk dəfə Sprint yarışına ev sahibliyi etməyimizin də rolu var. Əminik ki, Bakı bu il də ənənəyə sadiq qalaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək. Bütün azarkeşləri hələ də fürsət varkən ilin ən baxımlı yarışına bilet əldə etməyə çağırıram ”.  

Abşeron tribunası Bakı trekinin ən böyük tribunasıdır və azarkeşlərin sevimli tribunalarındandır. Əldə olunan son məlumata görə, builki Azərbaycan Qran Prisinə ümumilikdə 100-ə yaxın ölkədən bilet alınır. Bu ölkələrin arasında Azərbaycanla yanaşı, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələr üstünlük təşkil edir.

Bilet alışına görə isə ilk üçlükdə isə Böyük Britaniya, Azərbaycan və Niderland qərarlaşıb.

Qeyd edək ki, bu il Formula 1 Azərbaycan Qran Prisi  ilk dəfə olaraq doğma Bakımızda sürətsevərləri Sprint yarışı ilə salamlayacaq. Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər:

·       28 Mall

·       Gənclik Mall

·       Heydər Əliyev Sarayı

·       Kiosk 1 (Azərbaycan kinoteatrı)

·       Kiosk 2 (Nizami küçəsi)

·       ASAN 1

·       ASAN 2

·       ASAN 3

·       ASAN 4

·       ASAN Sumqayıt 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
InstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency