Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə rəsmi bilet satışına start verildi!

Mövsümün ən həyəcanlı şəhər yarışlarından biri – Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025 üçün bilet satışına başlanıb. Biletləri www.azerbaijangp.com rəsmi veb səhifəsindən əldə edə bilərsiniz. Həmçinin, “Baku City Circuit” mobil tətbiqi üzərindən 20% güzəştlə biletlər əldə etmək mümkündür. Bu fürsət yalnız fevralın 5-dək davam edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti azarkeşlərə 4 günlük biletlər təqdim edir. Hər il olduğu kimi, 3 günlük tribuna biletləri ilə yanaşı, bilet sahibləri Pit zolağı gəzintisi imkanı əldə edərək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından izləmək təcrübəsi qazanırlar. Qeyd edək ki, ötən il Pit zolağı gəzintisində iştirakçı sayı rekord sayda olub. Yarış həftəsi ərzində keçiriləcək əyləncə proqramları ilə bağlı məlumatlar mütəmadi olaraq azarkeşlərə təqdim olunacaq.

Ötən ilki Bakı yarışı həftəsonunda azarkeşlərin sayı son 8 ildə ən yüksək səviyyəyə çataraq, 76 min nəfərə yüksəlib! Siz də builki həyəcanı birbaşa Bakı Şəhər Halqasında yaşamaq istəyirsinizsə, vaxt itirməyin! Biletlərinizi əldə edib yerlərinizi indidən tutun - Formula 1-in sürət dolu anlarına qoşulun!

75 illik yubileyini  qeyd edən Formula 1 Çempionatı bu il möhtəşəmliyi ilə xüsusilə yaddaşlarda qalacaq.  Yüksək maraqla gözlənilən Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025 bu il də dünya avtoidmanının diqqətini paytaxtımıza yönəldəcək.

 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
InstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency