Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 –ə Marşal qeydiyyatı başladı.

Marşal olmaq şansını qaçırma!

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti 19-21 sentyabr 2025-ci il tarixlərində keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün marşal qeydiyyatı proqramına start verdi.

Siz də marşal olun, Formula 1 həyəcanını yerində yaşayın!

Sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyirsinizsə və yaşınız 21-dən yuxarıdırsa, dünyanın hansı yerində yaşamağınızdan asılı olmayaraq, Marşal Proqramına qoşulmaq şansınız vardır! Tədbirin uğurla keçməsində və yarış zolağının təhlükəsizliyinin təmin olunmasında öz töhfənizi vermək fürsətini qaçırmayın.

İştirakçılara beynəlxalq rəsmi lisenziya təqdim olunacaq!

Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş  beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, Formula 1 Qran Prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.

Xatırladaq ki, ötən il Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.

Marşal Proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər Halqasının veb-səhifəsindən,  həmçinin, [email protected]  elektron ünvanına yazaraq əldə etmək mümkündür.

Qeydiyyat üçün link: https://www.bakucitycircuit.com/az/marshals

Bu unudulmaz təcrübənin bir hissəsi olun, Formula 1-in həyəcanını yaxından yaşayın!

 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency