Gözlənilən an gəldi! Netflix “Drive to Survive” serialının 7-ci mövsümünü təqdim etdi. Azərbaycan mədəniyyəti növbəti dəfə qlobal yayım platformasında yer aldı.
Dramatik anlar, pərdəarxası rəqabətlər və yüksək adrenalin yaşadan “Drive to Survive” təkcə avtoidmandan bəhs edən sənədli filmi deyil, Formula 1 dünyasının ən nüfuzlu komanda və pilotlarının həyəcan dolu həyatına bir səyahətdir. İlk dəfə olaraq serial trekdən kənara çıxaraq paytaxtımızın füsunkar mənzərələrini, rəngarəng mədəni irsimizdən görüntüləri yayımlayır. Qeyd edək ki, Netflix komandası çəkilişi Bakı Şəhər Halqasının texniki dəstəyi ilə həyata keçirilib.
Serialda Bakı yarışını bu qədər detallı təsviri təsadüfi deyil. Gözlənilməz nəticələri ilə azarkeşləri sona kimi həyəcanda saxlayan yarış, məşhur Drive to Survive sənədli serialında da əks olunaraq, Formula 1 həvəskarlarına Azərbaycan Qran Prisinin gərgin və dramatik anlarını bir daha yaşadır.
Bu mövsümdə 2024 Formula 1 mövsümünün gərgin mübarizələri, Maks Verstappen-in çempionluq uğrunda əzmkarlığı, Red Bull-un üstünlüyü və komandalar arasındakı gərgin rəqabət tamaşaçılara təqdim olunur. Hər mövsümdə olduğu kimi, bu dəfə də serial trekdə və trekdən kənarda baş verən hadisələri, sürpriz transferləri və dramatik məqamları tamaşaçılara çatdırır.
Siz də bu həyəcanı qaçırmayın! Netflix-də “Drive to Survive” yeni mövsümünü izləyin, möhtəşəm sürət yarışının pərdəarxası tərəflərindən xəbardar olun!
19-21 sentyabr tarixlərində baş tutacaq Bakı yarışının adrenalini indidən yaşayın, ekranlara yaxın əyləşin.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency