Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün könüllü qeydiyyatı rekord göstərici ilə başa çatdı!

48 saatda 31,000 qeydiyyat 

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in könüllü proqramına qeydiyyat mərhələsi rekord nəticə ilə yekunlaşıb. Cəmi 48 saat ərzində 31,000-dən çox müraciətin daxil olması Azərbaycan Qran Prisi tarixində ən yüksək göstərici kimi qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ötən il bu rəqəm 16,000 idi. 

 

İlkin qeydiyyat artıq başa çatıb.

 

Seçim zamanı motivasiyalı, ünsiyyət bacarığı və komanda ilə işləmə qabiliyyəti yüksək olan namizədlərə üstünlük veriləcək.

 

Formula 1 könüllüsü olmaq nə qazandırır?

- Avto idmanı sahəsinin peşəkarları ilə bir arada olmaq, yeni dostlar qazanmaq 

- Komanda təcrübəsi əldə etmək və şəxsi inkişaf üçün unikal imkanlar  

- Formula 1 həyəcanını yaxından hiss etmək və beynəlxalq tədbirin bir parçası olmaq 

- BCC Akademiyanın təşkil etdiyi müxtəlif təlimlərdə iştirak etmək

 

Qeyd edək ki, ötən il 2000 könüllü Formula 1 Azərbaycan Qran Prisinin təşkilində yaxından iştirak edib. 

 

Seçim prosesi və proqramla bağlı yenilikləri rəsmi sosial media hesablarımızdan izləyin.

 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency