FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media nümayəndələrinin akkreditasiyası təlimatını təqdim edib. Bu təlimat yarışlara qeydiyyat, tələb olunan sənədləri və ümumi meyarları əhatə edir. Akkreditasiya yalnız  müəyyən keyfiyyət və tiraj tələblərinə cavab verən media orqanları, əsasən motosport və idman jurnalistləri, fotoqraflar və redaktorlar üçün nəzərdə tutulub.

2025-ci il Formula 1 Dünya Çempionatında media nümayəndələrinin akkreditasiya prosesində diqqət yetirilən əsas amillər arasında media orqanlarının peşəkarlığı, təcrübəsi və əvvəlki yarışlarda göstərdikləri fəaliyyət yer alır. Bu meyarlar media nümayəndələrinin akkreditasiyadan keçməsində mühüm rol oynayacaq.

Akkreditasiya prosesi yalnız FIA-nın və Formula One Management (FOM) şirkəti tərəfindən qərarı ilə həyata keçirilir və istənilən vaxt xəbərdarlıq edilmədən ləğv edilə bilər.

Yerli media nümayəndələri üçün akkreditasiya müraciətləri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən qəbul ediləcək. Qeyd edək ki, media akkreditasiyasına qeydiyyatın tarixi yaxın zamanda açıqlanacaq.

Qeyd olunan  Təlimatla Bakı Şəhər Halqasının veb-səhifəsinə keçid etməklə tanış ola bilərsiniz.

 

Xatırladaq ki, paytaxt Bakı bu ilki sürət yarışına 19-21 sentyabr tarixlərində ev sahibliyi edəcək. 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency