Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün kuboku “Odlar Yurdu”-na həsr edilib

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün qaliblərinə təqdim olunan kubok milli üslubda dizaynı ilə diqqət cəlb edib.

Rəsmi mükafat Qarabağ xalçalarının xarakterik naxışlarından ilham alaraq hazırlanıb. Bu naxışlar həm zövq oxşayan gözəllik, həm də ölkənin köklü sənət və sənətkarlıq ənənələrini yaşatdığına işarədir.

Dizaynda istifadə olunan alov Azərbaycanın "Odlar Yurdu" kimi tanındığını və ölkəmizin idman sahəsindəki yüksək nüfuzunu vurğulayır. Milli naxışlar və elementlər yarışın saf gümüşdən hazırlanmış hər üç kubokunun üzərində mövcuddur.

Final yarışının qaliblərinə rəsmi mükafat və medalları Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Qatar Airways-in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.

Qeyd edək ki, Bakı yarışında 51 dövrəni birinci tamamlayan Maklaren komandasının pilotu Oskar Piastri oldu. Ferrari pilotu Şarl Lekler 2-ci, Mersedes komandasının pilotu Corc Rasl isə 3-cü yeri tutub.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
InstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency