2022 Formula 1 Azərbaycan Qran Prisinə alınmış ilk biletin sahibi bəlli oldu

22 fevral tarixindən etibarən satışa çıxarılan Formula 1 Azərbaycan Qran Prisinə biletlər  daha çox  Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları tərəfindən əldə edilir. Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir. Tamaşaçılar daha çox  tribuna (grandstand) zonasına maraq göstərir. 

Ötən il COVID-19  pandemiyası səbəbilə yarışı canlı izləyə bilməyən azarkeşlər, bu il həyəcanlı idman yarışını yerində izləməyə ikiqat maraqlıdır. 

Bildiririk ki, yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN, üçgünlük tribuna biletləri 280 - 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 AZN aralığında dəyişir. 

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet əldə etmək üçün ətraflı məlumatı  www.bakucitycircuit.com – Bakı Şəhər Halqasının rəsmi veb səhifəsi vasitəsilə əldə edə bilərsiniz.  

Həmçinin, biletləri şəhərimizin aşağıda sadalanan bilet satış məntəqələrindən də əldə etmək mümkündür:

- 28 Mall ticarət mərkəzi 

- Gənclik Mall ticarət mərkəzi 

- Heydər Əliyev Sarayının kassası

- 4 saylı Bakı "ASAN xidmət" mərkəzi

- 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency