“Haas” komandası yüksək akademik göstəriciləri ilə fərqlənən, Formula 1 yarışlarına və ümumilikdə mühəndislik sahəsinə xüsusi marağı olan, müxtəlif ölkələri təmsil edən beş şagirdi Paddoka dəvət edib. Bu təşəbbüs seçilmiş beş şagirdə F1 komandasının pərdə arxası fəaliyyətini görmək və unikal mühəndislik təcrübəsinə birbaşa şahid olmaq imkanı yaradıb.
Şagirdlər ilk növbədə “Haas” komandasının Pit Stop sınağının nümayişinə baxıb, sonra isə komandanın mexanika heyətinin üzvlərinə onları maraqlandıran suallar ünvanlandırıblar. Bundan başqa, komandanın qarajında canlı şəkildə yarış həftəsinin birinci sərbəst yürüşünü və sıralanma turunu izləyiblər.
Görüşün ən yaddaqalan məqamı isə “Haas” komandasının rəhbəri Günter Ştayner ilə keçirilən səmimi görüş oldu. Şagirdlər F1-də uğurlu karyeranın sirrləri haqqında və F1 komandasının necə idarə olunduğu barədə italyan mütəxəssislə söhbət ediblər. Qeyd edək ki, cari mövsümün ilk Sprint yarışına bu gün paytaxtımızda şahidlik edəcəyik. 2023 Formula 1 Azərbaycan Qran Prisi isə bazar günü, aprelin 30-da baş tutacaq.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency