Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024: Sürət həvəskarları Pit zolağı gəzintisində

Bu il Bakı səkkizinci dəfə dünyanın ən sürətli yarışından biri olan Formula 1 Azərbaycan Qran Prisinə ev sahibliyi edir. Formula 1 həvəskarlarının həyəcanla gözlədiyi məqamlardan biri Pit zolağı gəzintisi saat 16:00-da başladı və sürət həvəskarlarına xüsusi anlar bəxş etdi. Təxminən iki saat davam edən gəzinti üç günlük bilet sahiblərinə dünya şöhrətli pilotlarla şəkil çəkdirmək imkanı qazandırdı.

Pit zolağında azarkeşlər sevimli komandalarının, xüsusilə Ferrari, Red Bull Racing və Mercedes kimi nəhənglərin qarajlarını canlı şəkildə izləməklə onların bolidlərinin texniki baxımdan necə hazırlandığını görmək şansı əldə ediblər. Bu gəzinti Formula 1 dünyasının pərdəarxasına nəzər salmaq və yarış atmosferini dərindən hiss etmək üçün əvəzsiz bir fürsət olub.

Azarkeşlər mühərriklərin gurultusu ilə müşayiət olunan bu gəzintidə maşınların performansına və mexaniklərin sürətli iş prosesinə şahid olublar. Yarışın ilk həyəcanını məhz Pit zolağında hiss edən avtoidman həvəskarları üçün bu yarış həftəsonu mükəmməl bir başlanğıc olub.

Xatırladaq ki, təqvimin ən maraqlı yarışlarından hesab olunan Bakı yarışı 13-15 sentyabrda start götürəcək

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
InstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency