Bakı Şəhər Halqası 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi üçün bilet satışına start verir!

Yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN, üç günlük tribuna biletləri 280 - 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 AZN aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klubu və xüsusi korporativ yerlər üçün bilet satışı da  nəzərdə tutulub. 

Qeyd edək ki, 2020-ci ildə COVID-19 səbəbilə təxirə salınmış Formula 1 Azərbaycan Qran Prisi zamanı alınmış biletlər hazırki 2022-ci il Azərbaycan Qran Prisi üçün keçərli olacaq. 

Bu ilki  yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq. 

Tamaşaçılardan yarış vaxtı ölkədəki COVID-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb ediləcək. 

BŞH-nın icraçı direktoru Arif Rəhimov unudulmaz yarış həyəcanını yenidən yaşamaq istəyən hər kəsi bilet almağa dəvət edir: “Bakıda altıncı dəfə baş tutacaq Formula 1 yarışlarına biletlərin satışa çıxarıldığını elan etməyə şadıq. Ötən il tamaşaçısız keçirilməsinə baxmayaraq, gərgin mübarizə və gözlənilməz nəticə ilə yekunlaşan yarışı böyük auditoriya kütləsi izləmişdi. Bu il baş tutacaq yarışların daha da maraqlı olacağına əminik. Bu il konsert proqramı nəzərdə tutulmasa da çalışacağıq ki, bu möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün fərqli əyləncə imkanları təqdim edək. Bütün Formula 1 azərkeşlərini tezliklə satışa çıxarılacaq biletləri əldə etməyə dəvət edirik”. 

2022  Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək üçün indidən bilet almaq və bu məqsədlə Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı Bakı Şəhər Halqasının rəsmi saytından əldə edə bilərlər: www.bakucitycircuit.com

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency