28-30 aprel tarixlərində paytaxtımızın ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi üçün nəzərə tutulmuş tribuna biletlərinin satışı sürətlə davam edir. Bununla da, Sahil tribunasına yerlər tamamilə tutulmaqla qalan tribuna biletlərinin 50%-dən çox hissəsi satılıb.
Hazırda biletlər 100-ə yaxın ölkədən alınır. Buraya Azərbaycan, Birləşmiş Krallıq, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Niderland, Avstriya, Almaniya, İrlandiya, İtaliya, İsrail, Argentina, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika daxildir. Bilet alışına görə isə ilk üçlükdə Azərbaycan, Birləşmiş Krallıq və Niderland qərarlaşıb.
Avtoidman həvəskarları yerlər bitmədən digər tribunalara – İçərişəhər, Azneft, Muğam, Qız qalası, Xəzər, Bulvar tribunalarına bilet əldə edə bilərlər. Bundan əlavə, Abşeron tribunasının B sektorunun biletləri tamamilə satılsa da, onların A, C, D və E sektoru biletlərini almaq şansları hələ də var.
Biletlərin sürətlə tükənməyini nəzərə alaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) F1 azarkeşlərini vaxt itirmədən biletləri əldə etməyə çağırır. Bənzərsiz yarış həyəcanını yaşamaq istəyənlər biletləri BŞH-nın rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin satış nöqtələrindən əldə edə bilərlər:
· 28 Mall
· Gənclik Mall
· Heydər Əliyev Sarayı
· Kiosk 1 (Azərbaycan kinoteatrı)
· Kiosk 2 (Nizami küçəsi)
· ASAN 1
· ASAN 2
· ASAN 3
· ASAN 4
· ASAN Sumqayıt
Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency