2023 Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Sayca yeddinci dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərin xarici dil biliyi arzu olunandır. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

2023-cü il Azərbaycan Qran Prisi Könüllülər Proqramının elan olunması ilə bağlı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan Resursları və İşçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib ki, Bakı Şəhər Halqası Akademiyası könüllülərin yarışlara yüksək səviyyədə hazırlanması ilə yanaşı, hər il olduğu kimi onların peşəkar inkişafına da xüsusi diqqət göstərir. Belə ki,  onların fərdi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə təlimlər, fərqli mövzularda seminarlar və danışıq klubları keçiriləcək. Burada onlar müxtəlif sahələri əhatə edən təlimlərdə iştirak edərək, yeni biliklər qazana və fikir mübadiləsi apara biləcəklər. Könüllülərdə komanda ruhunu artırmaq və kollektivlə işləmək bacarığını inkişaf etdirmək məqsədi ilə müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulub. Belə tədbirlər isə öz növbəsində sosiallıq yaradaraq onlara yeni dostlar tapmağa kömək edəcək. Bir sözlə, könüllülərin müxtəlif sahələrdə işləmək bacarıqlarının inkişaf etdirilməsi və gördükləri işdən zövq almaları BŞH üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində könüllülüyə namizədlər ən azı 16 yaşında olmalıdır. Onların ingilis dilini yaxşı səviyyədə bilmələri arzu ediləndir. (əlavə xarici dil bilənlərə üstünlük veriləcək). Həmçinin, iştirakçıların seçimində onların yüksək motivasiyalı olmasına və əzmkarlığına xüsusi diqqət yetiriləcək.

Qeyd edilən tələblərə uyğun hər kəs  http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər.

Proqram haqqında daha ətraflı məlumat almaq üçün +994 12 404 13 83 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Könüllülük proqramı ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün isə aşağıdakı hesablarımızı izləyə bilərsiniz:

https://www.facebook.com/BakuVolunteers/

https://www.instagram.com/bakucitycircuitvolunteers/

 

01

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency