Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) açıqlayıb ki, qlobal elektron musiqinin ən görkəmli simalarından biri və Qremmi mükafatı da daxil olmaqla çoxsaylı musiqi mükafatı laureatı Black Coffee Azərbaycan Qran Prisi həftəsonu Crystal Hall-da səhnəyə çıxacaq. #AzerbaijanGP-nin tribunalarına bilet əldə etmiş şəxslər konsertdə pulsuz iştirak edə biləcəklər.
Black Coffee karyerasına 1990-cı illərin ortalarında başlamış və 2015-ci ildə Ultra Miami, Tomorrowland və Coachella kimi böyük festivallarda və Hi Ibiza-da davamlı çıxışları ilə beynəlxalq şöhrət qazanmışdır. Onun " Subconsciously " adlı albomu Qremmi qazanıb. Musiqidən əlavə, o, Black Coffee Foundation fondu vasitəsilə öz icmasına dəstək verən sadiq bir xeyriyyəçi və sahibkardır.
Biletləri www.bakucitycircuit.com saytından, rəsmi mobil tədbiqimizdən və şəhərimizin kassalarından əldə etmək olar.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency