Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə 10 Gün Qalır: Həyəcan dolu rəqabət, bol əyləncə və unudulmaz anlar

 

Bakının səkkizinci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran Prisi üçün geri sayım artıq başladı. Mürəkkəbliyi ilə seçilən və möhtəşəm şəhər görüntüsü ilə məşhur olan Bakı Şəhər Halqasında hazırlıqlar artıq yekunlaşır.

Sirr deyil ki, Bakı treki gözlənilməz nəticələri və yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. Yaxın finişlər, sürpriz podiumlar və ya trekdə baş verən insidentlərlə Azərbaycan Qran Prisi F1 təqvimində özünəməxsus yer tutub. Yarışın əsas hissəsi olan dünyaşöhrətli komandalar 10 gün sonra Bakı küçələrində yenidən qələbə uğrunda yarışacaqlar. Onların trekdə ötmə manevrləri, finiş xəttinə qədər qarşılaşdıqları maneələr Azərbaycanda yarışları izləmək üçün əsas səbəb ola bilər.

Hər il olduğu kimi, bu il də yarış həftəsonu yeniliklərlə gəlir. Son illər azarkeş sayı sürətlə artmaqdadır, onlar Bakı yarışını həyəcanla gözləyir. Bir çox tribunalara biletlərin hətta bir neçə ay öncədən bitməsi buna bariz sübutdur.

"Roaming ticket" kimi tanınan “Fan Zona Biletləribu il də satışa çıxarıldı. Bu biletlər yarışı izləməyə imkan verməklə bərabər Dənizkənarı Bulvar ərazisində əyləncə zonasından yararlanmaq istəyənlər üçün əla seçimdir. Azarkeşlər Formula 1-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda  pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcək. Burada xüsusi dizayn edilmiş oyunlar, qeyri-adi dekorlar, maskotlar, musiqili performanslar, istirahət guşələri, virtual reallıq təcrübələri, simulyatorlar və sair surprizlər yarış həftəsonunun həyəcanını daha da artıracaq.

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü səbirsizliklə gözləyən azarkeşlər üçün ən möhtəşəm xəbərlərdən biri dünya şöhrətli ulduzların səhnə performanslarıdır.

Yarışın ilk günü - sentyabrın 13-də Cənubi Afrika musiqi prodüseri və DJ-i “Black Coffee” səhnəyə çıxacaq. Eyni gündə, Amerikanın məşhur aktyoru, komediyaçısı, prodüseri, reperi və bəstəkarı Uil Smit də öz musiqi proqramı ilə F1 azarkeşlərinə unudulmaz anlar yaşadacaq. Sentyabrın 14-də isə dünya musiqisinin superulduzlarından biri, çoxsaylı mükafatlar laureatı J Balvin Bakı səhnəsini coşduracaq.

Beləliklə, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 bir neçə gün ərzində sizə həyəcan, əyləncə və möhtəşəm şoularla dolu unudulmaz bir təcrübə təqdim edəcək. Bilet əldə etməyə tələsin və siz də bu böyük idman tədbirinin bir parçası olun!

 

 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency