Formula 1 Azərbaycan Qran Prisi yenidən dünyanın gündəmində

Avtoidmanın zirvəsi hesab olunan Formula 1 yarışlarını işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir. Qlobal televiziya izləyicisi 1.55 milyard olan Formula 1 yarışlarını ESPN, Sky Sports, Motorsport, Autosport  kimi bir çox nüfuzlu idman kanalları və informasiya agentlikləri işıqlandırır.  

Təkcə yarış həftəsonunda Bakı yarışı barədə xarici mediada yayımlanan xəbər sayı 20 minə çatıb.  

Ənənəvi media ilə yanaşı, Azərbaycan Qran Prisi sosial mediada da gündəmdə olub. Təkcə Formula 1-in Youtube kanalında Bakı yarışı haqqında video izləyicisinin sayı artıq 6 milyonu keçmişdir. Tvitterdə isə yarış zamanı  #AzerbaijanGP həştəqinin 128 milyon görüntüsü olub.

Hər zaman gözlənilməz anlarla dolu olan Azərbaycan Qran Prisi həm xarici medianın, həm də azarkeşlərin sevimlisinə çevrilib. ESPN-in verdiyi məlumata əsasən, ötən il 2021 Formula 1 Azərbaycan Qran Prisi ABŞ-da son iki ildə ən çox izlənilən avtoidman yarışı (1.04 milyon izləyici ilə) adına layiq görülərək həmin ilin Monako Qran Prisinin rekord izləyici sayını üstələmişdir.

Bundan başqa, Bakı yarışı ABŞ-ın məşhur onlayn platforması Netflix-də yayımlanan “Drive to survive” serialında dörd mövsümdür ki, yayımlanır. Beşinci mövsümün üçün çəkilişi üçün yaradıcı qrup Bakı yarışını lentə aldı. Qeyd edək ki, bu platformanın qlobal olaraq 221.64 milyon abunəçisi var. 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency