Bakıda ilk dəfə “Red Bull Car Park Drift” çempionatı keçirilib

Dənizkənarı Milli Parkda, “Baku Crystal Hall” un parklanma ərazisində baş tutan tədbirdə Azərbaycanın ən güclü drifterləri bir araya gəlib.

"Sevindirici haldır ki, dünyaca məşhur bir yarışın keçirilməsi üçün məhz bizim ölkəni seçiblər. Azərbaycanda bu idman növünün inkişafı üçün Azərbaycan Avtomobil Federasiyası tərəfindən bir çox işlər görülür. Həmçinin, idmançılarımızın təcrübələrinin artırılması baxımından da təlimlər keçirilir. Ümid edirəm ki, gələcəkdə ölkəmiz Abdo Feqali kimi peşəkar avtoidmançılar yetişdirməklə dünya çempionatlarında fəxrlə təmsil olunacaq." - deyə  yarışı canlı izləyən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə gənclər arasında idmanın bu sahəsinə böyük marağın olduğunu qeyd edib. Tədbir zamanı nazir Fərid Qayıbov paytaxtımızda qonaq olan dünyanın ən yaxşı driftçilərindən biri,  livanlı Abdo Feqali ilə birlikdə drift edib. Qeyd edək ki, “Red Bull Car Park Drift” yarışının bugünkü iştirakçıları dünyaşöhrətli livanlı driftçidən ustad dərsləri almışlar. 2012-ci ildə Əbu-Dabidə ən uzun drift edən A.Feqalinin adı “Ginnesin Rekordlar Kitabı”na salınıb.

Özünəməxsus sərt qaydaları ilə zəngin olan “Red Bull Car Park Drift” yarışında ən yaxşı drift nümayiş etdirən 16 nəfər iştirakçı Milli Final mərhələsi uğrunda mübarizə aparıb. Onların arasında 20 nömrə altında yarışan avtomobilin sürücüsü Adil Axundov maksimum 300 xalını qazanaraq Milli Final mərhələsinin qalibi seçilib. Həmyerlimiz bu ilin sonunda Səudiyyə Ərəbistanında keçiriləcək, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında ölkəmizi təmsil edəcək. Həmçinin, 2-ci və 3-cü yerlərə Rauf Dadaşzadə və Pərviz Azizov layiq görülüb. İştirakçılar yalnız driftinq bacarıqları ilə deyil, maşınlarının görünüşü, səsi və təkərlərindən çıxan tüstünün həcminə əsasən də mükafatlandırılıblar. Yarışı qiymətləndirmək üçün Azərbaycana səfər edən beynəlxalq münsiflər heyətinin tərkibində Bakı Şəhər Halqası nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun hakimi təmsil olunub.

Tədbir çərçivəsində avtoidmanın  gənc həvəskarları simulyasiya oyunlarına da qatılaraq,  Formula 1 həyəcanını təkrar yaşamaqla özlərini virtual Bakı trekində sınaya biliblər.

 

01

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency