Bakı ilk dəfə Sprint yarışına ev sahibliyi edəcək

Belə ki, təqvimin ilk Sprint yarışı Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Bakıda baş tutacaq.

Sprint yarışları ötmələrin və yüksək sürətli həmlələrin əlverişli olduğu treklərdə keçirilir və xüsusi dramatikliyi ilə yadda qalaraq  geniş azarkeş auditoriyası cəlb edir. Təsadüfi deyil ki, ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı da bu sıradadır.

Formula 1 Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali növbəti Sprint yarışları ilə bağlı fikirlərini paylaşıb: “Biz F1 Sprint yarışının keçirildiyi son iki il ərzində azarkeşlərdən çox müsbət rəy almışıq.  Növbəti mövsümdə 6 Sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik.  Bu yarışlar üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır. Həmçinin, inanıram ki, Sprint formatı əsas tərəfdaşlarımıza - Formula 1 komandalarına, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaqdır.”

2023-cü il mövsümündə baş tutacaq Sprint yarışlarının təqvimi  aşağıdakı kimidir:

-        Formula 1 Azərbaycan Qran Prisi (28-30 aprel)

-        Formula 1 Avstriya Qran Prisi (30 iyun-2 iyul)

-        Formula 1 Belçika Qran Prisi (28-30 iyul)

-        Formula 1 Qətər Qran Prisi (6-8 oktyabr)

-        Formula 1 ABŞ Qran Prisi (20-22 oktyabr)

-        Formula 1 Braziliya Qran Prisi (3-5 noyabr)

 Qeyd edək ki, Sprint yarışı cümə günü keçirilən sıralanma turunun nəticələrinə əsasən, şənbə günləri baş tutur. Buna müvafiq olaraq, Bakıdakı Sprint yarışı şənbə günü, 29 aprel tarixinə təsadüf edəcək. 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency