Eksklüziv müsahibə: Monako Qran Prisinin promouterləri ilk dəfə olaraq Bakıda

Monako Qran Prisinin təşkilatçıları ilk dəfə Formula 1 Azərbaycan Qran Prisi həftəsində Bakıya səfər ediblər. Nümayəndə heyətinin rəhbəri – Monako Qran Prisi-nin kommunikasiya və media meneceri Riçard Mikud oxu.az-a fikirlərini bölüşüb

Bakı F1-də debüt edəndə təqvimdə yalnız iki küçə yarışı var idi: Monako və Sinqapur. İndi isə bu cür yarışların sayı 10-a yaxınlaşır. Sizcə, bu tendensiyaya səbəb nədir?

Riçard Mikud:

Şəhər yarışları həm tribuna, həm də televiziya tamaşaçıları üçün unikal təcrübə təqdim edir. Ənənəvi F1 yarışlarından fərqli olaraq, onlar yarış həyacanını birbaşa şəhərin mərkəzində təqdim edirlər. Sanki sürücülər qladiatordur və arena kimi şəhərin küçələrini istifadə edərək döyüşürlər. Yarışın bu qədər yaxınlıqda keçməsi azarkeşlərlə emosional və vizual bağlılıq yaradır. Bakıda və Monakoda tamaşaçılar düz trekin yanındadır və bu da mübarizəni daha gərgin hiss etdirir. Şəhərlər Formula 1 həyəcanını öz küçələrində canlı yaşatmaq istəyirlər. Düşünürəm ki, buna görə təqvimdə şəhər yarışlarında artım müşahidə edirik.


Hər il şəhər yarışlarının Formula 1 təqvimindən çıxarılması ilə bağlı müzakirələr gedir, lakin Monako öz yerini qoruyub saxlayır. Sizcə, şəhər yarışları azarkeşləri davamlı cəlb etmək üçün nə etməlidir?

Riçard Mikud:

Monakonun Formula 1 tarixində özünəməxsus yeri var. Bu, sadəcə bir yarış deyil. Bu, 1929-cu ildən bəri davam edən idman irsinin bir parçasıdır. Şəhər yarışlarının çətinliyi onların fərqli bir təcrübə təklif etmələrini təmin etməkdir. Monakoda avtoidman dünyası üçün dərin məna daşıyan Seynt Devot, Kasino və Mirabo kimi əlamətdar döngələrimiz var. Azarkeşləri cəlb etmək həmin tarixilik hissini və həyəcanı qoruyub saxlamaqdır. Bakı kimi yeni şəhər yarışları üçün həyacanlarla dolu ötmələr və ya gözlənilməz hadisələri kimi yaddaqalan anlar yaratmaqdan ibarətdir. Bu baxımdan Bakı bunu çox gözəl bacarır, xüsusən də yüksək sürətli düz yolları və müəyyən dərəcədə şöhrət qazanmış 8-ci döngə kimi sıx döngələri ilə!


Bakının debütündən sonra yeni dövrələr üçün standartlar dəyişdi. İndi çoxları Bakıya nümunə kimi baxır. Bakı Şəhər Halqası sizin üçün nə ilə fərqlənir?

Riçard Mikud:

Bakıda ən çox heyran olduğum şey onun miqyası və möhtəşəmliyidir. Monako şəhər olaraq kiçikdir - cəmi 2,2 kvadrat kilometrdir, ona görə də biz çox məhdud məkanda fəaliyyət göstəririk. Bunun əksinə olaraq, Bakı böyükdür, Monakodakı 3,3 km-dən fərqli olaraq 6 km-lik trekə malikdir. Uzun düz yollar, xüsusən də finiş xəttinə aparan hissə unikaldır və inanılmaz dərəcədə həyəcanverici yüksək sürətli yarışa imkan verir. Diqqət etdiyim başqa bir məqam isə Bakıda təşkilatçılığın ildən-ilə necə inkişaf etməsidir. Aydındır ki, həm sürücülər, həm də azarkeşlər üçün təcrübəni artırmaq istiqamətində böyük iş görülüb. Sözügedən davamlı inkişaf Bakı Şəhər Halqasını bu qədər maraqlı edir.


Bu il Monako 70-ci Qran Prisinə ev sahibliyi etdi və qələbəyə yerli sürücü Şarl Lekler sahib çıxdı. Monakoda onun adına bir döngə olacaqmı?

Riçard Mikud: (gülür):

Bilirsiz, Çarlz, Monako və Formula 1-in inanılmaz səfiridir. O, şübhəsiz ki, Bakıda da, xüsusən də 8-ci döngədə unudulmaz anlar yaşadı! Çarlzın şərəfinə döngəyə ad qoymaq? Hələ bu haqda danışmaq tezdir, amma onun istedadı və Monako ilə əlaqəsi nəticəsində belə bir hadisənin baş verməsinə heç də təəccüblənmərəm. Bakının 8-ci döngəsinə gəlincə, deyə bilərik ki, o, Çarlzın ürəyində xüsusi yerə malikdir!


Sizin üçün Bakı və Monako yarışlarının oxşar və fərqli cəhətləri nədən ibarətdir?

Riçard Mikud:

Oxşarlıqlar çoxdur. Hər ikisi şəhər yarışlarıdır, ona görə də biz təhlükəsizlik, yolların bağlanması və müvəqqəti infrastruktur baxımından oxşar tədbirlər görürük. Monako trekinin tikintisi yeddi həftə çəkir və bu, logistika baxımından uzunmüddətli əməliyyatdır. Müşahidələrimə görə, Bakı da yarışa hazırlaşmaq üçün ciddi dəyişikliklər tətbiq edir. Əsas fərqləndirən cəhət yarışın miqyasıdır. Monako yığcamdır, Bakı isə daha genişdir ki, bu da fərqli bir yarış mühiti yaradır.

 

 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App StoreGoogle Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
InstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency